Hava taksisi ilə 10 dəqiqəlik uçuş 14 manata başa gələcək - Şanxayda

Çinin Şanxay şəhərində hava taksisi ilə 10 dəqiqəlik uçuşun qiyməti 14,11 manat (təxminən 8,3 dollar) olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat “Vertaxi” şirkəti tərəfindən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində açıqlanıb.
Şirkətin məlumatına görə, hava taksiləri elektriklə işləyən, şaquli qalxan və enən təyyarələrdir. Onlar şəhərin yarısını cəmi 10 dəqiqəyə qət edə biləcək.
“Avtomobillə bu məsafə təxminən 40 dəqiqə çəkir. Başlanğıcda gediş haqqı adi taksilərdən bir qədər baha olacaq, lakin marşrutlar genişləndikcə qiymətlər azalacaq”, – deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, qısamüddətli uçuşlar 11,9 manat (7 dollar), şəhərlərarası reyslər isə 23,8 manatdan (14 dollar) başlayacaq. Beş nəfərlik hava taksiləri salonunda həmçinin təxminən 50 sm uzunluğunda beş çamadan yerləşdirilə biləcək.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












