Həbsxanaları saxlamaq üçün sürücülərdən yığılan cərimələr artırılır

Belçikada iyulun 1-dən etibarən yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr 10 faiz artırılır. Son artım fevralda 25 faiz olmuşdu.
Avtosfer.az xəbər verir ki, rəsmi açıqlamaya görə məqsəd yollarda təhlükəsizliyi artırmaqdır. Lakin, yerli media başqa məqamlardan xəbər verir.
Məsələn, indi sükan arxasında telefonla danışmağa görə cərimə 181 avrodursa (360 manat), gələn aydan 201 avro olacaq. Qanında 0,5 promil spirt aşkarlanan sürücü 217 yerinə 472 avro ödəməli olacaq.
Hökumət bu artımla ildə əlavə olaraq 50 milyon avro (100 milyon manat) qazanmaq istəyir. Bu gəlir köhnə ədliyyə saraylarının və ağzınadək dolu həbsxanaların təmirinə yönəldiləcək.
2025-ci ildə Belçikada yol hərəkəti qaydalarının pozulmasına görə 10 milyondan çox xəta rəsmiləşdirilib (günə 27 min xəta). Dövlət bu yolla 600 milyon avrodan (1,2 milyard manat) çox gəlir əldə edib.
Bundan başqa, Mobillik Nazirliyi cərimə bildirişlərinin çatdırılma müddətinin 14 gündən 30 günə qaldırılmasını təklif edib. Hüquqşünaslar bildirirlər ki, gecikmiş cərimələri kassasiya məhkəməsi birmənalı şəkildə ləğv edəcək.
Lakin vəkil Brüno Jisel bu qənaətdədir ki, “vətəndaş hüquq sayəsində qazandığı təqdirdə dövlət qanunu yenidən yazır ki, daha vətəndaş heç nə qazanmasın”.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












