Heç yerə getməyən avtobus yola çıxdı - FOTO

İsveçrənin Baden şəhərində qeyri-adi ictimai nəqliyyat layihəsi istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, “Sıfır Xətti” (“Linie Null”) adlanan avtobusun nə sabit marşrutu, nə də müəyyən olunmuş son dayanacağı var.
Sürix yaxınlığında fəaliyyətə başlayan layihə şəhər rəhbərliyi, rəssamlar Frank və Patrik Riklin qardaşları, eləcə də, Baden-Vettinqen Regional İctimai Nəqliyyat Şirkətinin (RVBW) əməkdaşlığı ilə həyata keçirilib.
Layihənin müəllifləri bildirirlər ki, məqsəd sərnişinləri bir nöqtədən digərinə ən qısa müddətdə çatdırmaq deyil, şəhəri fərqli prizmadan kəşf etmək və səfərin özünü təcrübəyə çevirməkdir.
Avtobusun ön hissəsində “Linie Null” yazısı yerləşdirilib. Bu isə sərnişinlərə əvvəlcədən xəbərdarlıq edir ki, söhbət adi ictimai nəqliyyat vasitəsindən deyil, hərəkət edən bir sənət layihəsindən gedir.
Təşkilatçıların sözlərinə görə, “Sıfır Xətti” müasir şəhər həyatının sürətinə alternativ təqdim edir. Layihə insanları vaxt təzyiqindən uzaqlaşmağa, səyahətin özündən zövq almağa və şəhərə fərqli baxış bucağından nəzər salmağa təşviq edir./qafqazinfo

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












