Həsən kişi bu istidə soba yandırır, palto geyinir - FOTO

"Havalar çox isti keçir, bürküdən nəfəs almaq olmur. Amma mən donuram, üşüyürəm". 80 yaşlı Həsən Yücel 6 ildir ki, yay aylarında da evində soba yandırıb qızınır. Avtosfer.az milli.az-a istinadən bildirir ki, hazırda avqust ayıdır, havalar həddən ziyadə istidir. Amma Həsən kişi evdə paltoda gəzir, üstəlik, mütəmadi olaraq yanan sobaya yaxınlaşıb isinməyə çalışır. Onun dediyinə görə, dərdinin səbəbkarı 2012-ci ildə məruz qaldığı by-pass, yəni şuntlama əməliyyatıdır. Bala rayonunda yaşayan, 5 övlad atası olan Həsən Yücel 30 il Hollandiyada fəhlə işləyib, 1998-ci ildə Türkiyəyə qayıdıb. Ailəsi ilə birlikdə kənddə yaşayan Yücel 2012-ci ildə Ankaradakı özəl xəstəxanalardan birində şuntlama əməliyyatına məruz qalıb. Həmin əməiyyatdan sonra Həsən Yüceldə sürəkli tərləmə və üşümə başlayıb. Daim üşüdüyünə görə evdəki otaqlardan biri ona ayrılıb, həmin otaqda da ilboyu soba yanır. Yücəl bu istidə palto geyinib gəzir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














