İlk avtomobilini alanların diqqətinə: Ən təhlükəsiz modellər AÇIQLANDI

Sürücülük vəsiqəsini yeni alanlar və münasib qiymətə təhlükəsiz avtomobil axtaranlar üçün 2026-cı ilin ən etibarlı avtomobillərinin siyahısı açıqlanıb. Gözləntilərin əksinə olaraq, siyahıya bu dəfə "Toyota" və ya "Honda" deyil, "Mazda" başçılıq edib.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Avtomobil Yollarının Təhlükəsizliyi Sığorta İnstitutu (IIHS) və nüfuzlu Consumer Reports nəşri gənc və təcrübəsiz sürücülər üçün tövsiyə olunan ən təhlükəsiz yeni və ikinci əl avtomobillərin siyahısını dərc edib.
Mütəxəssislər bildirirlər ki, ilk avtomobil seçərkən yalnız aşağı qiymət və istismar xərcləri əsas meyar olmamalıdır. Yeni sürücülər üçün möhkəm kuzov konstruksiyası, etibarlı əyləc sistemi və qəzanın qarşısını almağa kömək edən müasir aktiv təhlükəsizlik texnologiyaları daha böyük əhəmiyyət daşıyır.
Hesabata əsasən, bu il ən böyük sürpriz "Mazda" markası olub. Uzun illər təhlükəsizlik sahəsində daha çox "Toyota" və "Honda" ön plana çıxsa da, 2026-cı il qiymətləndirməsində "Mazda" müxtəlif modelləri ilə demək olar ki, bütün kateqoriyalarda üstünlük əldə edib. "Toyota" və "Honda" isə təhlükəsizlik və qiymət balansına görə əvvəlki illərlə müqayisədə geridə qalıb.
Mütəxəssislərin fikrincə, hazırlanan siyahı təkcə gənc sürücülər üçün deyil, münasib qiymətə təhlükəsiz avtomobil almaq istəyən bütün yaş qrupları üçün etibarlı bələdçi hesab oluna bilər.
Hesabatda valideynlərə də mühüm xəbərdarlıq edilib. Bildirilir ki, bir çox ailə böyük yolsuzluq avtomobillərinin (SUV) və pikapların gənc sürücülər üçün daha təhlükəsiz olduğunu düşünsə də, bu fikir tam doğru deyil. Mütəxəssislər qeyd edirlər ki, iri ölçülü avtomobillər şəhər şəraitində idarəetmə və parklanmanı çətinləşdirir, yüksək kütləyə malik olduqları üçün qəfil əyləcləmə zamanı dayanma məsafəsi daha uzun olur. Bundan başqa, belə avtomobillərin iştirakı ilə baş verən qəzalarda piyadalara və kiçik avtomobillərə dəyən zərərin daha ağır ola biləcəyi vurğulanır.
Bu səbəbdən ekspertlər yüksək gücə malik idman avtomobillərini, təhlükəsizlik göstəriciləri zəif olan kiçik avtomobilləri və iri SUV modellərini yeni sürücülər üçün uyğun seçim hesab etmirlər.
Hesabatda ikinci əl bazarında qiyməti daha əlçatan olan və təhlükəsizlik baxımından tövsiyə edilən elektrik avtomobilləri kimi "Hyundai Ioniq 5", "Kia EV6", "Audi Q4 e-tron" və "Subaru Solterra" göstərilib.
Mütəxəssislər bildirirlər ki, bu modelləri seçən sürücülər daha müasir texnologiyalara sahib olmaqla yanaşı, avtomatik fövqəladə əyləcləmə, zolaqda saxlama sistemi və digər aktiv təhlükəsizlik funksiyalarından da daha münasib qiymətə yararlana bilirlər.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












