İndi də növbə motosikletlərə çatdı

Avropa İttifaqında 2035-ci ildən istilik mühərrikli avtomobillərin qadağan edilməsi məsələsi hamıya məlumdur. İndi isə Avropa Şurası bu qadağanın əhatə dairəsini genişləndirmək istəyir.
Avtosfer.az xəbər verir ki, siyasətçilər qadağanın motosikletlərə də şamil olunmasını istəyirlər. Başqa sözlə, avtomobillər kimi motosikletlər də elektrik dartısına keçməlidir.
Lakin ekspertlər və istehsalçılar bir qədər fərqli düşünürlər. Onların fikrincə, Brüssseldə əyləşən siyasətçilər avtomobillə bağlı qanunu motosikletə köçürüblər. Reallıq nəzərə alınmayıb.
Avropa avtomobil jurnallarının qənaətinə görə, motosikletlərin elektrikləşdirilməsinə kəskin keçid pis nəticə doğuracaq. Əvvəla, bu nəqliyyat vasitəsinin elektrikli versiyasını təqdim edənlər azdır. İkincisi, gediş ehtiyatı böyük motosikletlər barmaqla sayılacaq qədərdir. Doğrudur, 1 dolumla 500+ kilometr qət edə bilən modellər var. Lakin, bunlar hər adamın cibinə görə deyil.
Motosikletlərdə elektrik mühərrikinə keçid onların qiymətini kəskin artıracaq. Bu da gənclərin daha çox maraq göstərdiyi texnikanın əlçatan olmaması ilə nəticələnəcək.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












