İraqın cənubunda etiraz aksiyaları olub, Küveyt tərəfi uçuşları təxirə salıb

Küveytin Hava Yolları Şirkəti (“Kuwаit Airways”) İraqın cənubunda yerləşən Ən-Nəcəf şəhərinin beynəlxalq hava limanına reysləri təhlükəsizlik səbəbindən təxirə salıb.
Avtosfer.Az “Report”a istinadən istinadən xəbər verir ki, bu barədə iyulun 14-də şirkətin “Twitter” səhifəsində bildirilib.
İnformasiyaya əsasən, buna səbəb kimi İraqın cənubunda elektrik enerjisinin kəsilməsinə etiraz olaraq yürüşün keçirilməsi göstərilib.
Bildirilib ki, yüzlərlə etirazçı Ən-Nəcəfdə beynəlxalq hava limanına soxularaq şirkətin işini müvəqqəti olaraq iflic edib. Bir müddət sonra güc strukturlarının əməkdaşları hava limanını etirazçılardan azad edib. Polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində bir etirazçı ölüb, onlarla mülki insan yaralanıb.
Hava limanında təhlükəsizliyi təmin etmək məqsədi ilə terrorçuluğa qarşı mübarizə üzrə xüsusi təyinatlılar aeroporta göndərilib.
İraqın cənub əyalətlərində etiraz aksiyaları bir həftədir davam edir. Sakinlər isti hava şəraitində elektrik enerjisi və suyun fasilələrlə verilməsinə qarşı aksiyalar keçirirlər. Mitinqçilər hakimiyyətdən kommunal sahədə xidmətlə bağlı problemin həllini, eləcə də yerli sakinlərin işlə təmin olunmasını tələb edir. Bəsrədə başlayan etiraz aksiyası iyulun14-də İraqın cənubundakı bütün bölgələri, Di-Kar, Maysan, Ən-Nəcəf, Kərbəla, Babil və Bağdadı da əhatə edib.
Hakimiyyət yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısını almaq məqsədilə güc strukturlarını hazırlıq vəziyyətinə gətirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












