İctimai nəqliyyat işçiləri yeni tətilə başladılar

Almaniya paytaxtında ictimai nəqliyyatın əsas təminatçısı Berlin Nəqliyyat İdarəsi (BVG) ilə ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdi arasında davam edən əməkhaqqı danışıqları nəticəsiz qaldığına görə şəhərdə ikigünlük genişmiqyaslı tətil başlayıb.
Avtosfer.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, fevralın 20-də saat 03.00-dan başlayan tətil fevralın 22-də saat 03.00-dək davam edəcək. Tətillə əlaqədar Berlinin avtobus, tramvay və metro sistemlərinin böyük əksəriyyəti fəaliyyətini dayandırıb.
Verdi Həmkarlar İttifaqı BVG işçiləri üçün 30 faizlik maaş artımı və birillik kollektiv saziş tələb edir. BVG rəhbərliyi isə 17,6 faizlik maaş artımı təklif edir və müqavilənin dörd il müddətinə bağlanmasını istəyir. Təklif olunan maaş artımını qəbul etməyən Verdi, bunu son illərdə inflyasiyanın yüksək olmasının işçilərin real gəlirlərini azaltdığından daha böyük artıma ehtiyac duyulması ilə əsaslandırıb. Həmkarlar ittifaqı inflyasiyanın təsirindən qorunmaq üçün müqavilənin qısamüddətli olmasını istəyir.
BVG isə təklif etdiyi 17,6 faizlik artımı “səxavətli” hesab edir və daha yüksək artımın şirkət üçün illik 250 milyon avroya başa gələcəyini bildirir. Şirkət, həmçinin əlavə maaş artımlarını əməliyyat səmərəliliyini artıraraq kompensasiya etməyə çalışacağını açıqlayıb.
Həmkarlar ittifaqının rəhbərliyi danışıqların nəticəsiz qalacağı təqdirdə 2008-ci ildəki kimi uzunmüddətli sərt tətil təhlükəsi barədə xəbərdarlıq edib. Həmin vaxt Verdi 12 faizlik maaş artımı tələbi ilə 40 günlük tətil təşkil etmişdi. Tətilin nəticəsində BVG 4,6 faizlik artımla razılaşmışdı.(azərtac)
Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT
Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI
Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq
Nəqliyyatın yükünü azaltmaq üçün maraqlı addım
Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi
Bu sürət nişanı qəzaları azaldır – Avropada yeni sistem – FOTO










