İran Rusiyadan üz döndərib Çinə yönəldi

İsraillə müharibədə hərbi aviasiyasının 30 faizini itirən İran öz arsenalını mümkün qədər tez doldurmaq istəyir.
Avtosfer.az xəbər verir ki, Tehran “Chengdu J-10” qırıcıları üçün Çinlə danışıqları bərpa etməık niyyətindədir.
İranın hərbi aviasiya parkı əsasən şah dövründə alınmış köhnə ABŞ təyyarələrindən ibarətdir. Sonuncu döyüşdən sonra sovet istrehsalı olan 18 ədəd Miq-29 qalsa da, texniki qulluq olmadığı üçün heç nəyə yaramır.
2015-ci ildə İran Çindən 150 təyyarə almaq istəsə də, embarqoya görə mümkün olmadı. Çin ödənişi dollarla istəsə də, İran neft təklif edirdi. 2020-ci ildə embarqo qismən qalxandan sonra isə İran cəmi 36 təyyarə istədi və danışıqlar dayandı. İndi isə tərəflər yenidən görüşməyə hazırdılar.
Xatırladaq ki, Çİn təyyarəsinin qiyməti 60-90 milyon dollar arasında dəyişir.
Rusiyaya gəlincə, İran bu ölkə ilə 2023-cü ildə 50 SU-35 təyyarəsinin alışına dair müqavilə imzalasa da, indiyədək cəmi 4 təyyarə çatdırılıb. Ukrayna müharibəsinə görə Rusiya müqaviləni dondurub.
Hərbi tədqiqat qruplarının fikrincə, Rusiya İl ərzində cəmi 3 ədəd SU-35 istehsal edə bilir. Bu da heç Ukrayna ilə müharibə üçün kifayət deyil.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












