İstehsalı 2026-cı ilə qədər dayandırılacaq avtomobil modelləri - SİYAHI

Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Pravda.ru məlumat yayıb.
Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.
Hansı modellər daha istehsal olunmayacaq?
"Porsche 718" - "Boxster" və "Cayman" modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.
"Porsche Macan" - benzinlə işləyən versiyası elektrikli "Macan EV"ə yol açaraq bazarı tərk edəcək.
"BMW 8 Series" - aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.
"Lexus RC" - idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.
"Mercedes-Benz GLC Coupe" - kupevari SUV populyarlığını itirərək yerini "GLC"nin klassik versiyalarına verir.
"Infiniti QX50" - brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.
Bu modellər niyə tarixə qovuşur?
Elektromobillərin artımı - şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.
Krossoverlərin populyarlığı - alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.
Xərclərin optimallaşdırılması - istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












