İsveçdə ölümsüzlüyün çarəsi tapıldı – DÜNYA ÖZÜNÜMÜALİCƏ METODUNU MÜZAKİRƏ EDİR

Ürək çatışmazlığından sonra insan ürəyinin özünü sağaltma qabiliyyətinin düzgün müalicə ilə artırıla biləcəyi müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu, müalicə İsveçin Karolinska İnstitutunun molekulyar bioloqu Olaf Berqmann və beynəlxalq tədqiqatçılar qrupunun apardığı araşdırmada ortaya çıxıb.
Araşdırma zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuş 52 xəstə müayinə edilib. Onlardan 28-i ürək funksiyasını dəstəkləmək üçün cərrahi yolla sol mədəciyin köməkçi cihazı (LVAD) ilə təmin edilib. Adətən bu cihazlar xəstələrdə ürək nəqli həyata keçirilənə qədər və ya ömür boyu istifadə olunur. Lakin bəzi hallarda ürək o qədər yaxşı sağalır ki, cihazın çıxarılması mümkün olur.

Tədqiqatçılar LVAD istifadəsi zamanı ürək əzələsi hüceyrələrinin (kardiomiyositlərin) bərpası sürətini ölçmək üçün radioaktiv karbon-14 (14C) səviyyələrini analiz ediblər. Nəticələr göstərib ki, cihaz tərəfindən dəstəklənən ürəklərdə hüceyrə bərpası sağlam ürəklə müqayisədə 6 dəfə daha sürətlidir.
Hələ ki, LVAD-ın bu təsirli sağalma sürətinə səbəb olan mexanizmlər tam izah edilməyib. Lakin mütəxəssislər bunun təbii müalicə proseslərinin dəstəklənməsi istiqamətində böyük potensial təqdim etdiyini bildirirlər. Alternativ müalicə üsulları arasında hüceyrə transplantasiyası kimi prosedurlar olsa da LVAD daha sadə və effektiv yanaşma ola bilər.

Tədqiqatçılar gələcəkdə ürək zədələrinin müalicəsində dərmanlar və digər terapiya üsullarının inkişaf etdirilməsinin mümkün olduğunu vurğulayıblar. Ürək toxumasının laboratoriyada yaradılması və bərpaedici hüceyrələrin istifadəsi kimi innovativ yanaşmaların da əhəmiyyəti qeyd olunub.
Karolinska İnstitutundan Olaf Berqmann araşdırmanın əhəmiyyətini belə izah edib: “Bu, ürək böhranından sonra sağalma prosesinin sürətləndirilməsi üçün ümidverici nəticələr ortaya qoyur”.
Eltac Zülfüqaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












