Keçmiş arvadının "Bentley"sini satıb işlənmiş "Mercedes" aldı

Rusiya millisinin və "Arsenal" klubunun sabiq hücumçusu Andrey Arşavin haqqında maraqlı iddia irəli sürülüb.
Avtosfer.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, futbolçunun keçmiş arvadı Alisa onu fırıldaqçılıqda günahlandırıb. Onun sözlərinə görə, Arşavin ona avtomobil alarkən dələduzluq edib.
Alisa iddia edib ki, Arşavin onun "Bentley" markalı maşınını sataraq, əvəzində işlənmiş "Mercedes-Benz" alıb və qalan pulu mənimsəyib.
"Avtomobilin sənədlərinə baxmaq ağlıma gəlmədi. Sonradan öyrəndim ki, aldığı maşın yeni deyil, 6 ay istifadə olunub", - deyə o bildirib.
Qeyd edək ki, Andrey Arşavin bir müddət əvvəl ilk həyat yoldaşı, teleaparıcı Yuliya Baranovskayaya ödədiyi alimentin azaldılması üçün məhkəməyə müraciət etmişdi. Cütlüyün böyük oğlu Arseni isə bu yaxınlarda "Spartak Moskva"nın yeniyetmələr komandası ilə paytaxt çempionatının qalibi olub.(milli.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












