Kəmər taxmamaq sərnişini ölümdən xilas etdi - SÜRÜCÜDƏN İLGİNC AÇIQLAMA

Yanvarın 6-da Moskvada baş verən qəza barədə xəbər yaymışdıq.
Avtosfer.az xəbər verir ki, hadisədən 1 həftədən çox zaman keçsə də, qəza ilə bağlı müzakirələr səngimir. Nəhayət, sürücü də qəzaya münasibət bildirib.
Sürücü ifadəsində bildirib ki, qəza zamanı Hyundai onun avtomobilini arxa yan hissədən vurub. Lakin zərbə çox da şiddətli olmayıb. Bununla belə, avtomobil ikiyə bölünüb. Məlum olub ki, maşının kuzovu 2 hissədən ibarətdir və nöqtəvi qaynaqla ortadan calaq edilib. Elə ilk zərbədə qaynaq qopub.
O, daha sonra əlavə edib ki, qəza zamanı arvad qabaqda əyləşib. Arxada sərnişin qismində oturan oğlu isə kəmər taxmağı unudub. Buna görə də, zərbə zamanı o, bir neçə metr aralıda yoldakı çuxura düşüb. Sərnişin başdan yaralanma və beyin silkələnməsi diaqnozu ilə müalicəsini davam etdirir.
Sürücü bildirir ki, oğlu kəmər taxmış olsa idi, avtomobilin yük yeri ilə birgə diri-diri yanacaqdı. Məhz kəmər taxmamaq onu xilas edib. O, hadisənin doğurduğu nəticəni kəmər taxmamaqda deyil, Çin avtomobilinin keyfiyyətində axtarmağı tövsiyə edib.
Bu hadisə kəmər əleyhidarlarının da marağına səbəb olub. Onların fikrincə, kəmər lüzumsuz komponentdir.
Avtomobil ekspertləri isə bir fikirdə yekdildirlər: kəmər yalnız qəza zamanı bu cür eybəcər şəkildə bölünən, toqquşma zamanı necə parçalanacağı bəlli olmayan avtomobillər üçün lüzumsuzdur.
Xəbəri bu linkdən oxuya bilərsiniz:
Vüqar
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










