Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?

Ötən həftə Belçikada baş verən qəza müasir avtomobillərin təhlükəsizliyi ilə bağlı məsələni bir daha müzakirə mövzusuna çevirib.
Avtosfer.az xəbər verir ki, dumanlı havada 9 avtomobil toqquşub.
Maraqlıdır ki, maşınlar təzə olub və müasir radar, lidar və digər yardımçı vasitələrlə komplektləşdirilib.
Bəs bu halda zəncirvarı qəzaya səbəb nə olub?
Tədqiqatlar göstərir ki, dumanlı havada sürücü tez yorulur və sürəti yaxşı hiss etmir. Ən əsası isə təqib etdiyi avtomobillə olan ara məsafəsini düzgün seçə bilmir.
İşin daha pis tərəfi budur ki, belə hallarda radar və detektorlar da sürücüyə kömək edə bilmir.
Onlar insan xətasını düzəltmir, əksinə vəziyyəti ağırlaşdırır.
Sürücülər bir məsələni unudurlar ki, dumanlı havada kameranın ayırdetməsi insan gözündən geri qalır.
Radarlar duman və çiskində siqnal göndərsə də, yalnız iri obyekti müəyyən edir. Lidar onların hər ikisindən yaxşı işləsə də, dumanda işə yaramır.
Çünki şüalar su damlalarında əks olunaraq yalançı exo yaradır.
Daha pis məqam isə psixoloji effektdir.
Texnologiya bolluğu sürücünü arxayınlaşdırır və onun yola diqqəti azalır.
Yardımçı vasitələrə ifrat arxayınlıq çox vaxt arzuolunmaz nəticələr doğurur.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












