Kirovabaddan Gəncəyə və ya tarixi ədalətin bərpası - FOTO

Qədim Azərbaycan şəhəri Gəncənin adı son 200 ildə rastlaşdığımız işğal və faciələrə şahidlik edir.
Avtosfer.az xəbər verir ki, Gəncə şəhəri 1804-cü ildə işğal edildikdən sonra rus imperatoru I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırılıb. Bu ad 1918-ci ilə qədər, yəni Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər qalıb. Həmin ildə Gəncə adı bərpa edilib.
1935-ci ildə Azərbaycan SSR hökumətinin qərarı ilə ilə Gəncə şəhərinin adı Kirovabad adlandırılıb. Şəhərə Azərbaycanın işğalında və bu ərazidə ermənilər üçün muxtar vilayətin yaradılmasında böyük rolu olmuş Sergey Mironoviç Kirovun adı verilib.
Gəncənin adının bərpası uğrunda ilk addımlar 1970-ci illərdə atılıb. Bu dövrdə respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə Kirovabadın idarəetməsində dəyişiklik aparılaraq şəhər Gəncə və Kəpəz adlı 2 rayona bölündü. Təzə salınan yaşayış massivi "Yeni Gəncə" adlandırıldı. Bundan sonra sənədli filmlərdə, televiziyada, qəzetlərdə, mahnılarda tədricən “qədim Nizami yurdu”, “gəncəlilər”, “qədim Gəncə” kimi ifadələr yer aldı. Beləliklə, Gəncə adı yenidən rəsmi sənədlərdə istifadə edilməyə başladı.
Əslində, o dövrdə Kirovabadın 2 rayona bölünməsi üçün heç də ciddi zərurət yox idi. Sadəcə olaraq Sovet Azərbaycanının rəhbəri çox yaxşı başa düşürdü ki, Kirov kimi məşhur kommunistin adının ittifaq əhəmiyyətli sənaye şəhərindən yığışdırılması çox böyük hay-küy yarada bilər. Buna görə də, Heydər Əliyev məsələni səsə-küyə salmadan, özünəməxsus yolla həll etdi: əvvəlcə ictimai şüurda Gəncə adı möhkəmləndirildi. Əhali özünü qeyri-rəsmi olaraq “kirovabadlı” deyil, “gəncəli” adlandırırdı. Şəhərin ikiyə bölünməsi isə sadəcə olaraq Moskvanı inandırmaq üçün ustalıqla qurulan planın görünən tərəfi idi. Plan uğurla işlədi.
1988-ci ildən Gəncə adının bərpası uğrunda çağırışlar artmağa başlayır. 1989-cu ilin payız aylarında şəhərin adının dəyişdirilməsi məqsədi ilə şəhərdə imzatoplanma kampaniyası başlayır. 60 minə yaxın imza toplanır.
1989-cu il dekabrın 9-da Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyası açılır. Burada şəhərin adının bərpası məsələsi müzakirə olunur. Nəticədə Azərbaycan SSR Ali Sovetinə addəyişmə ilə bağlı müraciət edilir.
1989-cu il dekabrın 30-da Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Kirovabad adı dəyişilərək, şəhərin tarixi adı - Gəncə bərpa olundu. Beləliklə, 1804-cü ildən başlayan addəyişmələr başa çatdı və tarixi ədalət bərpa edildi.
Vüqar Yaşaroğlu


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












