Köhnə avtomobillərin faralarında niyə şüşəsilənlər quraşdırılmışdı? - ARAŞDIRMA

Bir vaxtlar bəzi avtomobillərin faralarında kiçik şüşəsilən qurğularının olması sürücülərin diqqətini çəkirdi. Xüsusilə 1980–1990-cı illərdə istehsal olunan bir sıra modellərdə faraların üzərində ayrıca şüşəsilənlər yerləşdirilirdi. Bu texnologiyanın əsas məqsədi faraların daim təmiz qalmasını təmin etmək idi.
Avtosfer.az xəbər verir ki, həmin dövrdə avtomobillərin faraları əsasən şüşədən hazırlanırdı və yağış, qar, palçıq və yol tozu faranın üzərində tez yığılırdı. Bu isə gecə vaxtı işığın gücünü azaldır və sürücünün görmə məsafəsini xeyli zəiflədirirdi. Problemi aradan qaldırmaq üçün bəzi istehsalçılar faralara xüsusi silən mexanizmləri quraşdırmağa başladılar.
Prezident ödənilməyən cərimələrlə bağlı qanunu TƏSDİQLƏDİ - DİQQƏT!
Bu qurğu işləmə prinsipi baxımından adi şüşəsilənlərə bənzəyirdi. Sürücü ön şüşəsilənləri işə saldıqda və ya ayrıca düymə vasitəsilə faraların üzərindəki kiçik silənlər də hərəkət edərək faranın üzərindəki palçığı, suyu və qar qalıqlarını təmizləyirdi. Bəzi modellərdə isə faralar üçün ayrıca yuyucu maye sistemi də mövcud idi.
Xüsusilə Skandinaviya ölkələrində istehsal olunan avtomobillərdə bu texnologiya geniş yayılmışdı. Çünki həmin regionlarda qarlı və palçıqlı hava şəraiti faraların tez çirklənməsinə səbəb olurdu. Bu səbəbdən bəzi “Volvo”, “Saab” və “Mercedes” modellərində faraların silənləri standart avadanlıq kimi təqdim edilirdi.
Lakin zaman keçdikcə bu sistemlər avtomobillərdə demək olar ki, istifadə olunmamaya başladı. Bunun əsas səbəblərindən biri müasir avtomobillərdə faraların daha çox plastik materialdan hazırlanması və onların üzərində xüsusi qoruyucu örtüklərin tətbiq edilməsidir. Bundan əlavə, bir çox yeni avtomobildə faralar üçün yüksək təzyiqli yuma sistemi quraşdırılır ki, bu da ayrıca silən mexanizminə ehtiyacı azaldır.
Nəticədə, faraların üzərində yerləşən kiçik silənlər avtomobil tarixində maraqlı və funksional texnologiyalardan biri kimi yadda qalıb. Bu gün isə onlar daha çox köhnə və klassik avtomobillərin fərqləndirici xüsusiyyəti kimi xatırlanır.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












