Körpülərin birləşən yerindəki boşluqlar nə işə yarayır? - Ekspert AÇIQLADI

Nəqliyyat eksperti Rauf Ağamirzəyev körpülərdə quraşdırılan deformasiya tikişlərinin əhəmiyyəti barədə məlumat verib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, sürücülərin körpülərin üzərində tez-tez rast gəldiyi xüsusi keçid hissələri deformasiya tikişləri adlanır və bu elementlər körpü konstruksiyasının təhlükəsiz və uzunömürlü istismarında mühüm rol oynayır.
Rauf Ağamirzəyev bildirib ki, deformasiya tikişləri körpü konstruksiyasının temperatur dəyişiklikləri, nəqliyyat vasitələrinin yaratdığı yüklər, külək və digər xarici təsirlər nəticəsində meydana gələn hərəkətləri kompensasiya etmək üçün quraşdırılır.

Havanın temperaturu yüksəldikdə körpü konstruksiyası genişlənir, temperatur aşağı düşdükdə isə yığılır. Deformasiya tikişləri bu dəyişiklikləri qəbul edərək konstruksiyada əlavə gərginliyin yaranmasının qarşısını alır.
Belə elementlər olmasa, körpünün yol örtüyündə çatlar yarana, konstruktiv hissələr zədələnə və istismar zamanı müxtəlif problemlər meydana çıxa bilər.
Deformasiya tikişləri körpünün təhlükəsizliyinin artırılmasına, konstruksiyanın dayanıqlılığının qorunmasına və yol örtüyünün vaxtından əvvəl sıradan çıxmasının qarşısının alınmasına xidmət edir. Bundan əlavə, bu sistemlər nəqliyyat vasitələrinin daha rahat hərəkət etməsinə şərait yaradır və körpünün istismar müddətinin uzadılmasına kömək edir.
Ekspertin fikrincə, ölçücə kiçik görünməsinə baxmayaraq, deformasiya tikişləri müasir körpü infrastrukturunun vacib mühəndislik elementlərindən biridir və onların saz vəziyyətdə saxlanılması körpülərin etibarlı istismarı üçün xüsusi əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












