Kosmosda qara materiyasız şəffaf qalaktika kəşf olunub

Astronomlar ilk dəfə qara materiyasız, işıq və enerjini əks etdirən qalaktika kəşf ediblər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, alimlər hesab edirlər ki, yeni qalaktika Yer planetinin də daxil olduğu Süd yolu qalaktikasının yerləşdiyi fəza sisteminin fundamental hissəsidir. Bildirilir ki, “NGC1052-DF2” yeni qalaktika kosmosda ulduz sisteminin formalaşmasını anlamaq üçün inqilab kimi qəbul oluna bilər. Yel Universitetinin astronomu Peter van Dokkum “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edib ki, bu kəşf alimlərin qara materiyasız qalaktikanın olmaması barədə fərziyyələrini alt-üst edəcək. Astronom qeyd edib ki, yeni qalaktika Yer planetindən 65 milyon işıq ili uzaqda yerləşir və qaz kütləsi olmayan parlaq ulduzlar toplusu şəklində görünür. Süd yolu qalaktikası ilə eyni ölçüdə olmasına rəğmən, “NGC1052-DF2”də ulduzların sayı 250 dəfə azdır. Belə ki, bizim Kəhkəşanda 100 milyard, yeni qalaktikada isə 400 milyon ulduz var.
Görünməz olan qara materiya qalaktikaların müxtəlif maddələr və enerjinin sintezindən ibarət olan kütləsinin dörddəbirini təşkil edir, lakin bu materiyanın yalnız 80 faizi öyrənilib. Alimlərin fikrincə, qravitasiya təsirinə görə qara materiyanın görünməsi mümkün deyil.
Astronomlar yeni qalaktikanın əlamətlərini ABŞ-ın Nyu-Meksiko ştatındakı nəhəng teleskop sistemi ilə müşahidə ediblər. Onlar parıldayan şəfəq kimi görünən “NGC1052-DF2”in formasını müəyyən edə bilməsələr də, onun daxilində baş verən, qazları və qara materiyanı kənarlaşdıran kataklizmlər haqqında fərziyyələrə malikdirlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












