Kosmosda zibil yığmaq üçün qurğu hazırlandı - VIDEO

“SpaceX” şirkətinin “Falcon 9” raketi aprelin 2-də Beynəlxalq Kosmik Stansiyaya növbəti uçuşunu həyata keçirib. Florida ştatı ərazisindəki Kanaveral burnunda yerləşən kosmodromdan start alan daşıyıcı raket Kosmik Stansiyaya 2,6 ton faydalı yük aparıb.
İKT.lent.az-ın “BBC News”a istinadən verdiyi xəbərə görə, orbitə aparılan yüklər arasında kosmik məkandakı zibilin yığılması üçün nəzərdə tutulan qurğunun prototipi də var. Qurğu qarmaq və tordan ibarətdir.
Bir metrə yaxın uzunluğu olan qarmaq xüsusi trosla zibil konteynerinə bərkidilib. Lidarın (kənardakı obyektlər haqqında informasiya toplanması üçün istifadə olunan texnologiya) köməyi ilə qurğu zibilin koordinatlarını müəyyən edir, sonra isə ona qarmaq atır. Zibil parçasına toxunan qarmaq ox ucluğu kimi açılır və sonra tros vasitəsilə konteynerə doğru çəkilərək zibili ora qoyur. Daha sonra zibil atmosferin sərhədlərinə aparılır və ora atılır, nəticədə zibil atmosferin yuxarı qatlarında yanır. Tor da eyni funksiyanı yerinə yetirir, yeganə fərq odur ki, tor vasitəsilə çoxsaylı kiçik zibil hissələri tutulacaq.
Qurğunun ilk sınaq buraxılışı may ayında həyata keçiriləcək. Əgər sınaqlar uğurlu alınarsa, bir neçə ay sonra qurğu tam hazır vəziyyətdə orbitə göndəriləcək. “RemoveDebris” adlanan layihə üzərində bir neçə ildir bəzi Avropa şirkətləri, o cümlədən “Airbus” işləyir. Layihə Avropa İttifaqının büdcəsindən maliyyələşdirilir.
Qeyd edək ki, kosmik zibilin peyklər və kosmik gəmilər üçün problemə çevrilməsi barədə son illər çox danışılır. Hazırda orbitdə 20 mindən çox iri (10 sm-dən böyük ölçüyə malik) və milyonlarla xırda obyekt var. Bunlar əsasən istifadə müddəti bitən peyklərin hissələri, eləcə də fəzaya buraxılmış raketlərin daşıyıcı hissələridir. Zaman keçdikcə onlar bir-biri ilə toqquşaraq daha xırda hissələrə ayrılır, nəticədə fəzada zibil getdikcə artır. Kosmik zibil yüksək sürətlə hərəkət etdiyi üçün (saniyədə azı 10 km) peyklər və kosmik gəmilərə təhlükə törədir. Beynəlxalq Kosmik Stansiyanın ekipajı hər il uçan zibillərdən yayınmaq üçün çoxlu sayda manevrlər etməyə məcburdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












