London Avropanın ən çox tıxac olan şəhəri seçildi

London Avropanın ən çox tıxac olan şəhəri seçilib.
Avtosfer.az xəbər verir ki, London bu baxımdan Paris və Dublini geridə qoyub. Nəqliyyat analitik şirkəti “Inrix”in məlumatına görə, Londonda sürücülər keçən il tıxaclarda orta hesabla 101 saat keçirib ki, bu da əvvəlki illə müqayisədə 2 faiz artım deməkdir. 2022-ci ildə bu rəqəm 97 saat, 2023-cü ildə isə 99 saat idi. Bu, son illərdə tıxacların artım tendensiyasını göstərir.
Londondakı “A40 Westway” yolu Böyük Britaniyada ən çox tıxac olan yol kimi müəyyən edilib. Bu yolda tıxacın ən yüksək olduğu saat isə axşam 5-dən 6-ya kimidir. Londondan sonra siyahıda ikinci yeri tutan şəhər isə Parisdir. Burada sürücülər keçən il 97 saatını tıxacda keçirib. Üçüncü yerdəki Dublinin göstəricisi isə 81 saatdır.
“Inrix” şirkəti Londondakı tıxacların ümumi iqtisadi təsirinin təxminən 3.85 milyard funt sterlinq olduğunu bildirib. Bu, şəhərdəki 4 milyon sürücü üçün orta hesabla 942 funt sterlinq itki deməkdir.
Böyük Britaniyanın ən çox tıxac olan digər şəhərləri isə Bristol və Lidzdir. Lakin bu şəhərlər Londonla müqayisədə xeyli geridədir. Bristolda sürücülər 65 saatını, Lidzdə isə 60 saatını tıxaclarda keçirib.
(Azərtac)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












