Maşındakı sensor ekranlar sürücülük performansını aşağı salır – “Toyota” ARAŞDIRDI

Müasir avtomobillərdə geniş yayılmış sensor ekranların sürücülük təhlükəsizliyinə təsiri ilə bağlı aparılan yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Təcrübə göstərib ki, avtomobil hərəkətdə olarkən sensor ekranlardan istifadə sürücünün diqqətini əhəmiyyətli dərəcədə yayındırır və qəza riskini artırır.
Avtosfer.az xəbər verir ki, tədqiqat “Toyota” şirkəti tərəfindən real sürücülük şəraitini təqlid edən yüksək dəqiqlikli sürücülük simulyatorları vasitəsilə aparılıb. Araşdırmada 16 iştirakçı şəhər mühitini əks etdirən virtual şəraitdə avtomobili idarə edərkən eyni zamanda musiqini dəyişmək, həmçinin nəqliyyat vasitəsinin parametrlərini sensor ekran üzərindən tənzimləmək kimi gündəlik əməliyyatları yerinə yetirib.
Tədqiqat zamanı iştirakçıların göz hərəkətləri, barmaq toxunuşları, sükan idarəetməsində sabitlik və reaksiya müddətləri ölçülüb. Bununla yanaşı, sürücülərin zehni yüklənməsi, stress səviyyəsi və digər fizioloji göstəricilər də təhlil edilib.
Əldə edilən nəticələr göstərib ki, avtomobil hərəkətdə olarkən sensor ekranla bağlı tapşırıqların yerinə yetirilməsi sürücülük performansını ciddi şəkildə zəiflədir. Sürücülər ekranla qarşılıqlı əlaqədə olduqları zaman həm əməliyyatların icra sürəti, həm də dəqiqliyi azalır ki, bu da diqqətin yoldan yayınmasına səbəb olur.
Araşdırma zamanı, həmçinin zolaqdan kənara çıxma hallarının artdığı müşahidə edilib. Qeyd olunur ki, bu cür idarəetmə itkiləri yalnız mürəkkəb manevrlər zamanı deyil, hətta sensor ekranda sadə əməliyyatları yerinə yetirməyə çalışarkən də baş verib. Bu isə sürücünün beyninin eyni anda həm nəqliyyat vasitəsini idarə etmək, həm də ekran üzərindən tapşırıqları icra etməkdə çətinlik çəkdiyini göstərir.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr avtomobillərdə istifadə olunan rəqəmsal ekran və multimedia sistemlərinin dizaynına yenidən baxılmasını zəruri edir. Xüsusilə menyuların sadələşdirilməsi və sürücünün diqqətini minimum yayındıran istifadəçi interfeyslərinin hazırlanması yol hərəkəti təhlükəsizliyinin artırılmasına mühüm töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












