Maşının şüşələrinin tərləməməsi üçün ən qənaətcil üsul tapılıb – FOTO

Soyuq havaların başlaması ilə avtomobillərin şüşələrində yaranan şaxta və duman bir çox sürücünün ən böyük problemlərindən birinə çevrilib.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər bu problemi aradan qaldırmaq üçün maraqlı və qənaətcil bir üsul təklif ediblər. Bu üsulun sirri gündəlik həyatımızda istifadə etdiyimiz kartofun tərkibindəki nişastada gizlənir.
Belə ki, kartofu iki yerə bölüb kəsilmiş tərəfi ilə avtomobilin ön şüşəsinə sürtülərsə, şüşə səthində nazik, hidrofobik (su keçirməyən) qoruyucu təbəqə əmələ gəlir. Bu təbəqə nəmin şüşəyə yapışmasının qarşısını alır və nəticədə dumanlanma, kondensasiya və buzlanma azalır.
Mütəxəssislərin sözlərinə görə, bu təbii qoruyucu yağış damcılarının səthdə yayılmasına imkan vermir, əksinə, onların sürüşərək axmasına şərait yaradır. Bu isə xüsusilə güclü yağış zamanı görmə qabiliyyətini artırır və təhlükəsizliyi yüksəldir. Həmçinin, dondan əvvəl tətbiq edildikdə, şüşənin üzərində buz əmələ gəlməsinin qarşısını qismən alır.

“MotorMatch” tərəfindən paylaşılan məlumatda bildirilir ki, kartof üsulu kimyəvi tərkibli şüşə təmizləyicilərinə ekoloji və iqtisadi baxımdan sərfəli alternativ hesab olunur. Üstəlik, tətbiqdən sonra qalan nişasta izlərini silecek vasitəsilə asanlıqla təmizləmək mümkündür.
Lakin mütəxəssislər bu üsuldan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edirlər. Böyük Britaniyanın nüfuzlu avtomobil təşkilatı olan “AA” (Automobile Association) sürücülərə xəbərdarlıq edərək bildirib ki, kartof üsulu düzgün istifadə edilməzsə, şüşədə ləkələr və bulanıqlıq yarada bilər:
“Pəncərələrə təsadüfi maddələrin tətbiqi işıq əksini artıra, görmə qabiliyyətini azalda bilər. Bu isə xüsusilə gecə sürüş zamanı təhlükə yaradır.”
Sonda qeyd olunur ki, kartof üsulu düzgün və diqqətlə tətbiq edildiyi halda effektiv və qənaətli həll yolu kimi çıxış edir. Lakin bu üsulun mütəmadi təmizlik və uyğun qulluq vasitələri ilə dəstəklənməsi maksimum nəticə və təhlükəsizlik üçün vacibdir.
Eltac Zülfüqaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












