Maşınının qaz kabeli qopan sürücünün tapdığı alternativ üsul yoldakıları heyrətləndirdi - VİDEO

Türkiyənin Trabzon şəhərində avtomobilinin qaz kabeli qırılan bir sürücü problemi həll etmək üçün olduqca qeyri-adi və kreativ üsula əl atıb. Hadisə sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Avtosfer.az xəbər verir ki, avtomobilin qaz pedalında problem yarandığını, daha dəqiq desək, qaz kabelinin qırıldığını müəyyən etdikdən sonra yolda qalmaq əvəzinə, improvizə edilmiş bir sistem quraraq yoluna davam edib. O, avtomobilin kapotunu açaraq qaz sisteminə kəndir bağlayıb və bu kəndiri sükan arxasından idarə edərək, sürət verməyə nail olub. Beləliklə, kəndiri çəkdikcə avtomobil hərəkətə gəlib.
Bu qeyri-adi görüntülər yoldan keçən digər şəxslər tərəfindən lentə alınıb və sosial şəbəkədə paylaşılıb. Kadrlarda sürücünün kəndiri sükanın içindən idarə etməsi və avtomobilin normal şəkildə hərəkət etməsi açıq-aşkar görünür.
Hadisə, bir tərəfdən sürücünün texniki problemləri yerində və təhlükəsiz şəkildə həll etmə cəhdini göstərsə də digər tərəfdən təhlükəsizlik baxımından riskli bir yanaşma kimi də qiymətləndirilir. Ekspertlər bu kimi hallarda avtomobilin istifadə olunmamasını və texniki xidmətə müraciət edilməsini tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












