Mayda nadir təbiət hadisəsi baş verəcək

May ayında astronomiya həvəskarları "mavi Ay" adlı nadir təbiət hadisəsini, "Eta-Akvarida" meteor yağışını, eləcə də Günəşdən tədricən uzaqlaşan Veneranı müşahidə edə biləcəklər.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Tsiolkovski adına Rusiya Dövlət Kosmonavtika Tarixi Muzeyinin Fizika-Astronomiya şöbəsinin elmi əməkdaşı Aleksandr Alekseyev "RİA Novosti"yə müsahibəsində məlumat verib.
"May ayının ilk günü dolunayla başlayacaq. May ayının 31 gün olduğunu, dolunaylar arasındakı intervalın isə 29 yarım gün təşkil etdiyini nəzərə alsaq, növbəti dolunay mayın 31-nə təsadüf edəcək. Bu fenomen "mavi Ay" adlanır. İngilis dilindəki "Once in a Blue Moon" ifadəsi də buradan yaranıb və "son dərəcə nadir hadisə" mənasını verir. Eyni zamanda Ay mayın həm 1-də, həm də 31-də adi rəngdə görünəcək", - deyə Aleksandr Alekseyev bildirib.
Astronom qeyd edib ki, may ayı boyunca Veneranın əlverişli axşam görünüşü davam edəcək. Planet tədricən Günəşdən uzaqlaşdığına görə müşahidə üçün daha əlverişli vəziyyətə gələcək. Onun sözlərinə görə, durbindən istifadə etməklə Veneranın fazasını, yəni diskinin qismən işıqlanmasını görmək mümkün olacaq.
Aleksandr Alekseyev əlavə edib ki, parlaq planetlər arasında Yupiter də aydın görünəcək. O, Əkizlər bürcündə qalmağa davam edir və axşam saatlarında yaxşı müşahidə olunur.
Bundan başqa, mütəxəssis bildirib ki, yaz ulduz topluluqlarını müşahidə etmək üçün əlverişli dövr davam edir. Səmanın cənub hissəsində Xərçəng, Şir, Qaçan İtlər, Veronikanın Saçları, Qız və Volopası bürclərini aydın görmək mümkündür.
Onun sözlərinə görə, astronomiya həvəskarları Xərçəng bürcündəki Yaslı ulduz toplusunu və Qaçan İtlər bürcündəki M3 kürəvi ulduz topasını da müşahidə edə bilərlər. Qız və Veronikanın Saçları bürclərində isə teleskop vasitəsilə qalaktikaların eyniadlı supertopluluqlarını görmək mümkün olacaq.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












