Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə ÇAĞIRILACAQ

Ukraynada hərbi vəziyyət rejimi 2 avqust 2026-cı il tarixinədək uzadılıb ki, bu da may ayında mövcud səfərbərlik qaydalarının qüvvədə qalması deməkdir.
Avtosfer.az xəbər verir ki, 18 yaşdan 60 yaşadək hərbi vəzifəli şəxslər, o cümlədən yuxarı yaş qrupuna aid vətəndaşlar Silahlı Qüvvələrin sıralarına çağırıla bilər.
Lakin 50 yaşdan yuxarı kişilər üçün hərbi xidmət və qeydiyyatla bağlı müəyyən xüsusiyyətlər mövcuddur.
“Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, möhlət hüququ olmayan bütün hərbi vəzifəlilər ümumi əsaslarla xidmətə cəlb olunur.
Praktikada çağırış barədə qərar yaşdan daha çox bir neçə amilin vəhdətindən asılıdır. Burada ilk növbədə hərbi-həkim komissiyasının rəyi əsasında sağlamlıq vəziyyəti, orduda tələb olunan ixtisasın olması və möhlət hüququnun mövcudluğu nəzərə alınır.
Əgər şəxs yararlı hesab edilərsə, 59 yaşına qədər (60 yaş tamam olana qədər) səfərbər edilməsi mümkündür.
50 və 55 yaşdan yuxarı kişilərin xidmət yerlərinin müəyyənləşdirilməsində də fərqli yanaşmalar tətbiq olunur. Çox vaxt söhbət birbaşa təmas xəttindəki döyüş bölmələrindən deyil, arxa cəbhə və təminat strukturlarından gedir. Bu sahələrdə peşəkar təcrübə və təşkilatçılıq bacarığı daha üstün tutulur.
Bununla belə, konkret xidmət yeri fərdi qaydada – hazırlıq səviyyəsi və ordunun cari ehtiyaclarına uyğun olaraq təyin edilir. 60 yaşı tamam olan hərbi qulluqçular isə tərxis olunur, lakin xidmətini davam etdirmək istəyənlər üçün xüsusi “60+” müqavilə sistemi nəzərdə tutulub./Musavat.com/
Rusiya Çindən gələn yatırımlardan asılı vəziyyətdədir - POLİTOLOQ
Elektromobil sahibləri qışda bu problemlərlə üzləşir - ARAŞDIRMA
Başına yol konusu keçirən sürücü belə traktor sürdü – FOTO
Bakının nəqliyyat qovşaqları potensialının nə qədərini istifadə edir? – RƏQƏMLƏR
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA












