Mehmet Ali Erbil arvadına milyonluq avtomobil aldı

Keçən ilin avqustunda özündən 42 yaş kiçik Gülseren Ceylanla ailə quran məşhur şoumen Mehmet Ali Erbil yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumatlara görə, Erbil həyat yoldaşına milyonlarla dəyəri olan bahalı idman avtomobili hədiyyə edib.
68 yaşlı sənətçi ilə Almaniyada yaşayan Gülseren Ceylanın 2023-cü ildə sosial şəbəkə vasitəsilə tanış olduqları bildirilir. Münasibətləri zamanı bir neçə dəfə ayrılıq yaşasalar da, cütlük sonda evlənmək qərarına gəlib və Erbilin Yeniköydəki evinin bağçasında sadə toy mərasimi təşkil olunub.
Evlilikdən əvvəl nikah müqaviləsi imzalayacaqları barədə xəbərlər də yayılmışdı. Son günlərdə isə Gülseren Ceylanın bahalı avtomobil idarə etdiyi görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İddialara görə, həmin avtomobil Erbilin ona toy hədiyyəsi olub.(milli.az)
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












