Məktəbli avtobuslarının fəaliyyətə başlaması BU SƏBƏBDƏN ləngiyir – AÇIQLAMA

Dünyanın əksər inkişaf etmiş ölkələrində məktəblilər üçün nəzərdə tutulmuş xüsusi servis xidməti mövcuddur. Bu sistem həm nəqliyyatdakı tıxac problemini azaldır, həm də işləyən valideynlərin yükünü yüngülləşdirir. Lakin Azərbaycanda uzun illərdir gündəmdə olan bu məsələ hələ də reallaşmayıb.
Bəs bu sahədə hansı maneələr mövcuddur və problemin həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblilərin daşınması ilə bağlı sistemin qurulmaması təkcə valideynlər üçün deyil, ümumilikdə cəmiyyət üçün ciddi problemlər yaradır:
“Bu gün həqiqətən də bu məsələ bir problem kimi cəmiyyətimizdə özünü göstərir. Valideynlərin əksəriyyəti övladlarını məktəbə şəxsi nəqliyyat vasitələri ilə aparıb-gətirir. Bu isə səhər saatlarında paytaxtda və iri şəhərlərdə tıxac problemini daha da artırır. Hesab edirəm ki, bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var”.
Deputat məsələni büdcə ilə bağlı texniki çətinliklərin də ləngitdiyini istisna etmir:
“Əlbəttə, burada maliyyə məsələsi də rol oynayır. Lakin məktəblərin publik hüquqi şəxsə çevrilməsi prosesi tamamlandıqdan sonra bu istiqamətdə konkret addımların atılması mümkündür. Nəticə etibarilə həm valideynlərin, həm də cəmiyyətin tıxac problemi qismən də olsa aradan qalxacaq”.
Qeyd edək ki, rəsmi açıqlamalara görə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadənin təşkili 2025-2030-cu illərdə planlaşdırılır.(bizim.media)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












