Məktəblinin etdiyi hərəkət hər kəsə örnək olub - VİDEO

Tovuzlu məktəblinin etdiyi hərəkət hər kəsə örnək olub. Rayonun Əyyublu kəndində yaşayan 8-ci sinif şagirdi yol ilə gedərkən tapdığı pul qabını yaxınlıqdakı mağazanı işlədən şəxsə təqdim edib. Pul qabının içində isə 2 min manata qədər pul olub. Tapdığı böyük məbləğdə pulu sahibinə verdi. 15 yaşlı məktəblinin etdiyi hərəkət böyük rəğbətlə qarşılanıb. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə Tovuzda baş verib. Rayonun Əyyublu kənd sakini 8-ci sinif şagirdi İdris Abbasov məktəbdən qayıdarkən İnşaat malları mağazasının qarşısından portmatan tapıb. Pul qabını açarkən içində xeyli pul və sənədlər olduğunu görüb. Yeniyetmə tapdığı pulları sənədlər və pul qabı ilə birlikdə yaxınlıqdakı obyektin sahibinə təqdim edib. Uşağın bu hərəkətini yüksək qiymətləndirən mağaza sahibi məktəbliyə etdiyi jestə görə mükafat qismində pul təklif etsə də, İdris Abbasov bundan imtina edib.
Pul qabını itirən isə elə həmin kəndin sakini Nicat Əhmədov adlı gənc olub.
İdris Abbasovun jesti kənd sakinləri tərəfindən də böyük maraqla və rəğbətlə qarşılanıb, bəyənilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












