Məşhurlar 2026-dan nələr gözləyir? - Cavablar təəccübləndirdi - FOTOLAR

2025-ci il həm ölkə, həm də cəmiyyət üçün müxtəlif hadisələrlə yadda qaldı. Geridə qoyduğumuz il bir çoxları üçün sınaq, bəziləri üçün isə uğur və sevinc ili oldu. Avtosfer.az xəbər verir ki, bu barədə Konkret.az məşhurlar arasında sorğu keçirib.
Tanınmış simalar bu dəfə “2025-ci il sizin üçün necə yadda qaldı? 2026-cı ildən nələr gözləyirsiniz?” sualını cavablandırıblar.
Əməkdar incəsənət xadimi, “Şərəf” və “Şöhrət” ordenli nasir, şair, dramaturq Baba Vəziroğlu “2020-ci ildən sonra mənim üçün hər gün tarixi gündür. 2026-cı il də elə olacaq” deyib.
“Həyatımda heç vaxt görmədiyim tarixi günləri yaşayıram. Bilirdim ki, xalqımız bu günlərə çatacaq. Zeynəb Xanlarovanın dediyi kimi, “mən bu günləri gördüm”. 2025-ci ildə mənə orden və medallar təqdim olundu. İlin böyük hissəsini Qarabağda keçirdim — Şuşada, Xankəndidə, Füzulidə. Elə bil doymuram. Ən xoş günlərim Qarabağda olub. Qar yağanda Şuşada, duman olanda Xankəndidə olmaq istəyirəm. Dövlət işlərindən ayrıla bilsəydim, Qarabağda koma ucaldardım, ağac əkərdim. Məni gələcəyə aparan Qarabağdır. Bundan böyük mükafat tanımıram”.

Əməkdar artist Mehriban Xanlarova deyib ki, 2025-ci il onun üçün yaşadığı haqsızlıqlarla yadda qalıb.
“Bu il ləyaqətin, peşəkarlığın və haqq səsinin imtahanı idi. Qarşılaşdığım ədalətsiz yanaşmalar məni yolumdan döndərə bilmədi, əksinə daha da gücləndirdi. Bu il bir daha anladım ki, sənət və vicdan bir yerdə olduqda heç bir haqsızlıq uzunömürlü olmur. Tamaşaçılarımın sevgisi mənim ən böyük dayağım oldu. 2026-cı ildən gözləntim ədalətin tam bərqərar olması, sükutun yerini həqiqətin, kölgələrin yerini işığın tutmasıdır. Hamımıza möhkəm cansağlığı arzulayıram”.

Xalq artisti Firəngiz Mütəllimova:
“2025-ci il ölkəmizdə əmin-amanlıqla, beynəlxalq səviyyəli tədbirlərlə yadda qaldı. Dövlət tədbirlərində iştirak etdim. Akademik Milli Dram Teatrında benefis tamaşam — “Varlı qadın” nümayiş olundu və tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılandı. Bu il çətin anlar da oldu, xoşbəxt günlər də. 2025-ci ilə əl sallayıb “xoş getdin” deyə bilərik. 2026-cı ildə hamımıza cansağlığı, uğurlu işlər, firavan günlər arzulayıram. Dünya azərbaycanlılarını Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Birlik və mehribanlıq ən vacib dəyərdir”.

Xalq artisti Həmidə Ömərova:
Hər il olduğu kimi, 2025-ci ildə də həm itkilər, həm də xoş anlar oldu. Amma bu il mənim üçün xüsusilə əlamətdar idi — nənə oldum. Qız nəvəm dünyaya gəldi və ona anamın adını verdim. Bu baxımdan 2025-ci il mənim üçün çox düşərli oldu. 2026-cı ildə bütün azərbaycanlılara xoşbəxtlik, səadət və bol ruzi arzulayıram”.

Aktyor, ssenarist Müşfiq Şahverdiyev:
2025-ci il bizim sahədə çalışanlar, ümumiyyətlə bir çox iş adamları üçün uğursuz il oldu. Həm maddi baxımdan, həm də işgüzar fəaliyyət nöqteyi-nəzərindən çətin keçdi. Bu ilin tez bitməsini istəyənlərdən biri də mən idim. Bürclərə çox inanan insan deyiləm, amma deyirlər ki, 2026-cı il bəzi bürclər üçün uğurlu olacaq. Qız bürcü olduğum üçün ümidliyəm. Daxilimdə hiss edirəm ki, 2026-cı il daha uğurlu olacaq. Arzu edirəm ki, yeni il hər kəs üçün düşərli olsun. Bayramınız mübarək!

ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO
Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi
Tbilisi aeroportu tarixə qovuşur
Belə yollarda sürücülər yalnız sağ işıqfora baxmalıdır – Sürücülərə TÖVSİYƏ











