Meteor yağışı olacaq - Bu tarixdə

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03 radələrində baş verəcəyi gözlənilir.
Verilən xəbərə görə, bu zaman Yer kosmosda komet mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar.
η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS-Araki-Alcock) kometi ilə əlaqələndirilir. Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır.
η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri - meteorlar əmələ gətirir.
Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00 ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal yönəlməsidir.
Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada bilər.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












