Mikroyuxu nədir və təhülkəsi nədən ibarətdir?

Mikroyuxu nədir və təhülkəsi nədən ibarətdir?
Yuxululuq yorğunluğun növlərindən biridir və yol hərəkəti üçün təhlükəli hesab olunur. Sürücü sükan arxasında qeyri-iradi olaraq gözünü yummaq istəyir. Buna yol hipnozu deyilir. Sükan arxasında “gözünün acısını alan” sürücülər də az deyil. Bu vəziyyət hər bir halda təhlükəlidir.
Avtosfer.az xəbər verir ki, yuxusuzluqla bağlı daha pis vəziyyət ifrat qısa yuxu, elmi dildəd esək, mikroyuxu halıdır. Bu hal bir neçə millisaniyədən 30 saniyəyədək davam edə bilir. Avtomobilin yoldan çıxaraq yarğana düşməsi, yaxud qarşıdan gələn nəqliyyatın yoluna çıxması üçün 3 saniyə kifayət edir. Nəticı isə, əksər hallarda ağır olur.
Almaniyanın BG ETEM tədqiqat qrupunun statistikasına görə, mikroyuxu nəticəsində haranan hər 3 qəzadan biri ölümlə nəticələnir.
Bir məqama da diqqət yetirək. Alman mütəxəssislərin qənaətinə görə, mikroyuxunun yalnız gecə vaxtı və uzaq yola çıxan sürücülərin başına gələcəyini düşünmək yanlışdır. Bunun üçün səhər saatlarında tıxacda gözləyən sürücülərə baxmaq kifayətdir. Kimi əsnəyir, kiminin gözü yumulur, bir başqası başı sükana dəyəcək qədər əyilir.
Sadəcə olaraq, şəhərdə sürət az olduğundan problem çox da ciddi nəzərə çarpmır. Lakin heç kim mikroyuxu vəziyyətinə düşən sürücünün keçiddəki piyadanı və ya qarşısındakı avtomobili vurmayacağına zəmanət verə bilməz.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












