Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?

Müasir avtomobillərdə istifadə olunan kamera, sensor və süni intellekt sistemləri sürücülər haqqında geniş həcmdə məlumat toplayır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məlumatlar bəzi hallarda sığorta şirkətləri və üçüncü tərəflərlə paylaşılır.
Avtosfer.az xəbər verir ki, artıq yeni nəsil avtomobillər təkcə sürət və marşrut məlumatlarını deyil, sürücünün davranışı, əyləc istifadəsi, sükan hərəkətləri, göz və üz reaksiyaları kimi məlumatları da qeydə alır. Bəzi sistemlər hətta çəki və biometrik göstəriciləri belə analiz edə bilir.
Mütəxəssislərin fikrincə, bir vaxtlar yalnız mexaniki sistemlərdən ibarət olan avtomobillər indi “təkərlər üzərində kompüterə” çevrilib. İnternet bağlantısı və ağıllı sistemlər sürücülərin gündəlik davranışlarını davamlı şəkildə izləyir.
Məsələ ilə bağlı ən böyük narahatlıq isə bu məlumatların kimlərlə paylaşılmasıdır. İddialara görə, bəzi avtomobil istehsalçıları məlumatları sığorta və reklam şirkətlərinə ötürür. Bu isə sürücülərin sığorta ödənişlərinin artmasına səbəb ola bilər.
ABŞ-də yayılan məlumatlara görə, “General Motors” şirkətinin sürücü məlumatlarını “LexisNexis” adlı şirkətlə paylaşdığı iddia olunub. Bildirilir ki, bu məlumatlar əsasında bəzi sürücülərin sığorta haqları artırılıb.
Məxfiliklə bağlı araşdırma aparan Mozilla isə avtomobilləri “məxfilik baxımından ən problemli məhsul kateqoriyalarından biri” adlandırıb. Şirkətin araşdırmasına görə, istifadəçilərin əksəriyyəti avtomobillərin hansı məlumatları topladığından xəbərsizdir.
Ekspertlər sürücülərə avtomobillərdəki məxfilik parametrlərini yoxlamağı, lazımsız məlumat paylaşımını məhdudlaşdırmağı və istifadə şərtlərini diqqətlə oxumağı tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












