Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI

Müasir avtomobillər sürüş təhlükəsizliyini artırmaq və sürücülərin işini asanlaşdırmaq üçün müxtəlif texnologiyalarla təchiz olunur. Lakin yeni araşdırma göstərib ki, sürücülərin bir qismi bu sistemlərdən istifadə etmək əvəzinə onları deaktiv etməyə üstünlük verir.
Avtosfer.az xəbər verir ki, araşdırma Böyük Britaniyada avtomobil satıcısı “Dick Lovett” və “Censuswide” şirkətinin əməkdaşlığı ilə 1 500 sürücü arasında aparılıb. Nəticələrə görə, sürücülərin əhəmiyyətli hissəsi bəzi təhlükəsizlik sistemlərini faydalı köməkçi deyil, narahatedici funksiya kimi qiymətləndirir.
Məlumata görə, iştirakçıların təxminən 20 faizi avtomobili işə salan kimi zolaqda saxlama sistemini deaktiv edir. Təcili əyləcləmə sistemini tamamilə söndürənlərin nisbəti isə 21,3 faiz təşkil edib.
Adaptiv kruiz-kontrol sistemindən aktiv istifadə edənlərin payı 25,9 faiz olub. Sürücülərin təxminən 7 faizi isə avtomobillərindəki bu sistemin nə işə yaradığını bilmədiyini bildirib.
Araşdırmada sürücülərin ən çox üstünlük verdiyi funksiyalar isə daha sadə texnologiyalar olub. İştirakçıların təxminən 60 faizi “Bluetooth” bağlantısını avtomobildə ən vacib avadanlıq hesab edib.
Geri görüntü kamerası 45,7 faizlə ikinci, avtomobilə inteqrasiya edilmiş naviqasiya sistemi isə üçüncü yerdə qərarlaşıb.
Nəticələr göstərir ki, avtomobil istehsalçıları daha mürəkkəb sürücüyə yardım sistemləri üzərində çalışsa da, sürücülərin bir hissəsi gündəlik istifadədə daha sadə və rahat funksiyalara üstünlük verir.
Eltac Zülfüqaroğlu
Hakerlər iki avtomobilİ ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır
Yanacaq ehtiyatları tarixi minimuma endi - İş adamı
Həyatdan bezmiş skuterçilər – ÇARƏSİ VARMI
Dünyada avokadonun bahalaşması gözlənilir












