Müəmmalı kometa Yerin ən yaxın nöqtəsindən keçdi - FOTOLAR

Ulduzlararası kometa "3I/ATLAS" Yerə ən yaxın məsafədən keçib. Kosmik obyektdən Yerə olan məsafə təxminən 269 milyon kilometr olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Alimlərin fikrincə, səma cismi üçün növbəti vacib nöqtə martın 16-da təxminən 53 milyon kilometr məsafədən keçəcəyi Yupiter olacaq.
Məlumata görə, "3I/ATLAS" astronomlar tərəfindən kosmik müşahidələr tarixində kəşf edilən üçüncü ulduzlararası obyekt olub. Elm adamları 2017-ci ildə "Oumuamua" asteroidini, 2019-cu ildə isə "2I/Borisov" kometasını kəşf ediblər.
Əksər alimlər "3I/ATLAS"ın ulduzlararası kometa olduğuna inanırlar. Lakin Harvard universitetinin astrofiziki Avi Leb süni mənşəli əlamətlər göstərdiyini iddia edərək, "3I/ATLAS" kometasını nəhəng "yadplanetli gəmi" adlandırıb.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












