Müğənni Zara: "Bu gün bütün dünyanın diqqəti Bakıdadır"

Şəhərin gözəlliyinə, sakinlərin qonaqpərvərliyinə valeh olmuşam, "Jara-2018" festivalının təşkili ən yüksək səviyyədədir.
Avtosfer.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın əməkdar artisti, müğənni Zara deyib.
"Fikrimcə bütün dünyanın, ələxsus da bütün postsovet məkanının diqqəti Bakıdadır", deyə mügənni bildirib.
Mügənni deyib ki, bu gün səhər Fəxri Xiyabanı ziyarət edib, ümumilli lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini anıb: "Həmçinin böyük sənətkar və müğənni Müslüm Maqomayevin xatirəsini andım. Hesab edirəm ki, o hər bir tamaşıçının ürəyinə yol tapa bilən ifaçilardan idi. Bəxtim gətirib ki, gənc ifaçı ikən onunla Sankt-Peterburqda bir konsertdə iştirak etmişəm. Həyat yoldaşı Tamara Sinyavskaya ilə birlikdə birinci hissəyə yekun vururdu. Zalda nə olduğunu təsəvvür edə bilmərsiz, mən heç bir artistin belə uğurunu görməmişəm. İnsanlar ayağa qalxıb onun səhnəni tərk etməməyini yalvarırdılar".
Zara həmçinin bildirib ki, festival çərçivəsində Valeri Meladzenin yaradıcılıq gecəsində iştirak edir, özünün və onun repertuarından kompozisiyalar ifa edəcək: "Ümid edirəm ki, ifalar insanlar tərəfindən səmimiyyətlə qəbul ediləcək, çünki bu, artist üçün ən önəmlisidir".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












