Narkotik aludəçilərinin məktəb avtobuslarını idarə etdikləri məlum oldu

Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol istifadəsinə dair geniş yoxlamalar zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkar edilib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Fransua Buffet məlumat verib.
"Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinin yoxlanılması üçün əməliyyat keçirdik. İki gün ərzində 8 min nəfər üzərində aparılan testdən sonra onlardan 44-ünün narkotik, 5-nin isə spirtli içki qəbul etdiyi aşkarlanıb", - o "X" hesabında yazıb.
Xatırladaq ki, yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Kənd şosesi ilə hərəkət edən avtobus sürüşərək xəndəyə düşüb və böyrü üstə aşıb. İlkin məlumata görə, qəzanın günahkarı qanında kanabis izləri aşkar edilən sürücüdür.(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












