NASA kosmik kommersiya ekipajı proqramını təxirə saldı

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) təhlükəsizlik və maliyyə problemləri səbəbindən Beynəlxalq Kosmik Stansiyaya kommersiya ekipajı göndərilməsi proqramını təxirə salıb.
Avtosfer.Az “oxu.az”a istinadla xəbər verir ki, NASA ən geci 2019-cu ildə “Dragon” və “Starliner” kosmik gəmilərində kosmosa kommersiya səfərlərini təşkil etmək məqsədilə “SpaceX” və “Boeing Co” şirkətləri ilə müqavilə imzalayıb. Lakin ABŞ hökumətinin Hesablama Palatasının hesabatında bildirilir ki, müvafiq özəl şirkətlərlə doqquz ay davam edən mübahisələr proqramın həyata keçirilməsinin təxirə salınmasına səbəb olub.
“SpaceX” və “Boeing Co” şirkətləri ekipajın daşınması sistemini təkmilləşdiriblər. Lakin onların Beynəlxalq Kosmik Stansiyada bir müddət qalacaq astronavtların təhlükəsizlik məsələləri və müqavilənin maliyyə müddəalarında NASA ilə bəzi problemlərinin meydana çıxdığı bildirilir. Hesabatda qeyd olunur ki, fasiləsiz ekipajların göndərilməsi üçün təminat yoxdur və bu, NASA-nın milyardlarla dollar sərmayəsinin rentabelli olmaması ilə nəticələnə bilər.
“Boeing”in sözçüsü Ceri Drellinq bildirib ki, şirkət “Starliner” kosmik gəmisinin tam təhlükəsiz uçuşunun təmini üzrə NASA ilə əməkdaşlığı davam etdirir.
2014-cü ildə “Boeing” və “SpaceX” şirkətləri NASA ilə 6,8 milyard dollarlıq müqavilə imzalayıblar. Sənəd Beynəlxalq Kosmik Stansiyanın özəl sektorun təşkil edəcəyi uçuşlar üçün istifadə olunmasını nəzərdə tutur. NASA, öz növbəsində, kosmik missiyaların tam təhlükəsizliyi müddəalarını da müqaviləyə əlavə edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












