Naviqator sürücünü narkodilerlərin məhəlləsinə gətirdi, milyonçu amerikalı soyuldu

Süni intellektin bəzən çox ciddi səhvlərə yol verdiyinin şahidi oluruq. Hansısa avtomobilin dalana girməsi və ya bataqlığa düşməsinin də səbəbi bir çox hallarda naviqator xətasından qaynaqlanıb. Analoji hadisə ABŞ-dan olan cütlüyün başına gəlib.
Avtosfer.az xəbər verir ki, Fransaya istirahətə gəlmiş milyonçu ər-arvad Nitsa şəhərində ikən poçtla ölkələrinə bağlama göndərmək istəyib. Bahalı Ferrarinin naviqatoru cütlüyü poçt yerinə şəhərin fransızların təbinincə desək, “həssas məhəlləsinə” gətirib. Qanunların işləmədiyi məhəllədə poçtun qarşısında dayanan Ferrari dərhal məhəllə sakinlərinin diqqətini cəlb edir.
Bir nəfər sərnişin tərəfdən qapını açaraq qadının içərisində 5000 dollar və sənədləri olan çantasını götürür. Sonra 3 nəfər kişini maşından sürüyüb çıxarıb və onun 2 min avroluq günəş eynəyi, içində 8000 dollar və 3000 avro nağd pul olan bahalı çantası əlindən alıb. Lakin quldurluq edən şəxslər nədənsə 60 min dollarlıq saata və avtomobilə toxunmayıb.
Bütün sənədləri və pulubu itirən ABŞ vətəndaşlarının polisə şikayəti isə nəticəsiz qalıb. Bu da bir daha göstərir ki, naviqatorlara inanmaqla yanaşı, ərazini də tanımaq vacibdir.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












