Niyə təyyarəyə su keçirmək olmaz? - FOTO

Yəqin Sovet vaxtı “Aeroflot”un Tupolev, İlyuşin, yaxud Antonov markalı təyyarələri ilə uçanlar xatırlayar: heç bir ciddi yoxlama, yaxud məhdudiyyət olmadan təyyarəyə minmək mümkün idi.
Kiminsə salona keçirdiyi əşyaya da ciddi fikir verilmirdi. Eyni vəziyyət sovet xalqları müsətqillik əldə etdikdən sonra da bir müddət davam etdi. Lakin sonradan hər şey dəyişdi, yoxlamalar ciddiləşdi, təyyarə salonuna keçirilməsinə icazə verilən maddələr məhdudlaşdırıldı.
Avtosfer.az xəbər verir ki, sərnişinləri ən çox təəccübləndirən məhdudiyyət göyərtəyə su keçirilməsinin qadağan olunmasıdır. Kimsə marketdən aldığı suyu hava limanına keçirə bilməz. Lakin aeroportdakı gözləmə zonasında aldığı suyu rahatlıqla salona apara bilər.
Dünyada əksər insanlar belə hesab edir ki, bu, danışılmış işdir: küçədə 50 qəpik olan su aeroportda 5 manatdır. İstanbul aeroportunda 10 dollara su tapmaq qəhrəmanlıqdır. Kimsə bu işdən kifayət qədər gəlir götürür.
Əslində, burada həqiqət payı az deyil. Lakin, əsas məsələ başqadır.
2006-cı ildə Britaniya kəşfiyyatı çox ciddi terror aktının qarşısını ala bildi. Terrorçular adi su butulkasında partlayıcını təyyarənin salonuna keçirməyə cəhd etmişdilər. İlk baxışdan butulkadakının su, yoxsa partlayıcı olduğunu müəyyən etmək mümkün deyildi.
Bu hadisədən sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) salona keçiriləcək mayelərin həcminin ciddi şəkildə məhdudlaşdırılmasına göstəriş verdi. Salona keçiriləcək mayenin ümumi həcmi 1 litri aşmamalıdır.
Elə isə bir sual da doğur: niyə aeroportda aldığımız suyu keçirə bilərik? Cavab sadədir: aeroportda satışla yalnız etibarlı təchizatçılar məşğul olur və bütün mallar yoxlanaraq buraxılır.
Vüqar
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA














