On inək bir avtomobili yanacaqla təmin edə bilər

Hindistanda inəyə olan sevgi və hörmət hər kəsə məlumdur. İnək bu ölkədə müqəddəs heyvan hesab edilir.
Avtosfer.az xəbər verir ki, inək Hindistanda təkcə ət və süd istehsalı ilə məhdudlaşmır. Bu ölkədə inəyin peyinindən bioqaz (avtomobil üçün metan qazı) almaq üzərində iş gedir. Hazırda hökumət Qujarat ştatındakı kompleksdə bu texnologiyanı təkmilləşdirir.
Bu günlərdə isə Suzuki şirkəti fermalara baş çəkib. Onlar da inək peyinini almaq istəyirlər. Suzuki yaxın aylarda 2, ümumiyyətlə 5 emal zavodu qurmaq istəyir.
Hindistan hökumətinin bu məsələdə marağı istixana qazlarının azaldılmasıdır. Ölkədə metan qazı ilə işləyən avtomobillərin 70 faizi Suzuki markasıdır.
Hindistanda inəklərin baş sayı 300 milyonu keçib. 10 baş inək 1 avtomobilin gündəlik qaza ehtiyacını təmin edə bilir. Emal olunmuş peyin isə yeniodən kənd təsərrüfatında istifadə ediləcək.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












