Ora təkcə helikopterlə getmək mümkündür - FOTO

ABŞ-nin Şimali Karolina ştatının şərq sahilindən 32 mil uzaqlıqda yerləşən “Frying Pan Tower” bir vaxtlar sahil mühafizəsinin mayak stansiyası olsa da, hazırda səyahətçilər üçün ekstremal hotel kimi fəaliyyət göstərir.
Avtosfer.az xəbər verir ki, açıq okeanın ortasında, köpəkbalıqları ilə əhatələnmiş bu məkan dünyanın ən təhlükəli hoteli hesab olunur.
Buraya yalnız helikopterlə çatmaq mümkündür, dönüş uçuşunun qiyməti isə təxminən 2 000 funt sterlinqdir ( 4 529 AZN). Hotelin səkkiz yataq otağı, bir hamamı var və maksimum 12 qonağı qəbul edə bilir. Gecələmənin qiyməti həftəsonu üçün təxminən 460 funt sterlinqdir (1 041 AZN). Dəniz səviyyəsindən 26 metr hündürlükdə yerləşən qüllə 2000-ci illərin əvvəlində istifadədən çıxarılıb və 2012-ci ildə 60 min funt sterlinqə (135 min) özəl sahibə satılıb.
.jpg)
Sonradan könüllülər tərəfindən bərpa edilən bu məkan indi Atlantik okeanının 360 dərəcə panoramik mənzərəsini təqdim edir. Lakin rahatlıqla yanaşı, təhlükə də burada daim hiss olunur. Macərapərəstlər köpəkbalıqlarını yemləmək kimi cəsarətli fəaliyyətlərdə iştirak edə bilirlər.

“Frying Pan Tower” tez-tez tropik qasırğaların yolunda yerləşir və illər ərzində bir çox güclü fırtınalara dasinə gərib. Buna görə “Architectural Digest” jurnalı 2016-cı ildə oxucuları üçün bu barədə ritorik sual da ünvanlamışdı:
“Sizcə, bura dünyanın ən təhlükəli hotelidir?”
Onu da bildirək ki, bütün təhlükələrə baxmayaraq, hoteldə rahat yataq dəstləri, mətbəx avadanlıqları, şəxsi aşpaz xidməti və isti ev atmosferi mövcuddur. Qonaqlar axşamlar balıq tutmaq, dalış etmək və ya okean mənzərəsi fonunda istirahət etmək imkanı qazanırlar.
Xatırladaq ki, 1964-cü ildə mayak kimi inşa edilən “Frying Pan Tower” bu gün ABŞ-də ən çox maraq doğuran macəra məkanlarından birinə çevrilib.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












