Özbəkistan məktəblərində telefonla bağlı sərt qadağalar

Özbəkistanda yeni tədris ilində məktəblərin ətrafında hərəkətin təşkili ilə bağlı ciddi işlər görüldü. Hərəkətin təşkilini bizdəki kimi orada da Dövlət Yol Polisi həyata keçirdi. Təhsil Nazirliyi isə yeni əmrlə məktəblərə telefon qadağası tətbiq etdi.
Avtosfer.az xəbər verir ki, sentyabrın 2-də başlayan tədris ilindən orta məktəblərə şortiklə, futbolka ilə, şəpiklə və açıq-saçıq geyimlə gəlmək qadağan edilir. Həmçinin, məktəbdə ad günləri və qeyri-rəsmi bayramların keçirilməsi də qdağan olunub.
Ən ciddi qadağalar isə mobil telefonla bağlıdır. Məktəbə telefon, qulaqcıq və qacet gətirmək, dərsdə telefonla çəkiliş aparmaq, mobil telefondan tədrisdə istifadə qadağandır. Sosial şəbəkədə müəllimin və ya məktəbin nüfuzunu ləkələyən paylaşımlar etmək, audio və videomateriallar yaymaq da qadağandır.
Şagird məktəbə telefon gətirməməli, yaxud, bunu məktəbin girişində mühafizətə təqdim etməlidir. Əks təqdirdə valiedyni 4,12 milyon sum (təxminən 1400 AZN) cərimə gözləyir.
Telefonu təhvil verməyən şagird profilaktik uçota alınır, valideynə isə cərimə tətbiq edilir.
Bir neçə il əvvəl məktəblilərə saçlarını rəngləmək, tatu və pirsinq etmək, saqqal saxlamaq, dərsdə lüzumsuz danışmaq, səs salmaq qadağan edilmişdi. Davranış qaydalarına əməl etməyən şagirdlərin məsələsi yerli özünüidarəetmə orqanlarında (bələdiyyə) müzakirə edilib müvafiq qərar verilir.
Şagirdlərin üzrsüz dərs buraxmasına görə də valideyn cərimələnə bilər.
Əslində bu qaydalar Özbəkistan üçün yenilik olsa da, dünyada ilk deyil. Məsələn, Fransada islah olunmayan şagirdlə bağlı məktəblər birinci dəfə bələdiyyəyə, bu da səmərə verməsə polisə şikayət edə bilərlər.
Vüqar Yaşaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












