Paytaxtda 10 milyona obyekt satışa çıxarıldı

Paytaxtın mərkəzində iri həcmli kommersiya obyektlərindən biri satışa təqdim olunub.
Avtosfer.az “Yeni Sabah”a istinadla xəbər verir ki, “İçərişəhər” metro stansiyası və Axundov bağı yaxınlığında, gediş-gəlişin sıx olduğu baş yol kənarında yerləşən 2 mərtəbəli obyekt üçün 10 milyon manat satış qiyməti müəyyənləşdirilib.
Ümumi sahəsi 1000 kvadratmetr olan daşınmaz əmlakın hər mərtəbəsi 500 kvadratmetrdən ibarətdir və ümumilikdə 15 otaqdan təşkil olunub. Geniş vitrin pəncərələri ilə diqqət çəkən obyektin birinci mərtəbəsi tam təmirli və istifadəyə hazır vəziyyətdədir, ikinci mərtəbədə isə əsas işlər tamamlanıb və alıcının istəyinə uyğun dizayn üçün əlverişlidir.
Qeyri-yaşayış çıxarışına malik olan bu məkandan restoran, bank, klinik mərkəz, brend şourum və ya ofis kimi istifadə olunması nəzərdə tutulur.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












