Piter Şrayerin bioqrafiyası

Piter Şrayer 1953-cü ildə Almaniyanın Bad-Rayxenhol şəhərində dünyaya göz açıb və uşaqlığından avtomobillərə, təyyarələrə və incəsənət dünyasına böyük maraq göstərib. Münhen Tətbiqi Elmlər Universitetində sənaye dizaynı üzrə təhsil aldığı illərdə Audi Design-da təcrübə keçirdi və bununla da, Audi və Volkswagen-lə 28-illik bir əlaqənin təməli qoyuldu.
Londondakı İncəsənət üzrə Kral Kollecini bitirdikdən sonra 1980-ci ildə Audi-də ilk işinə başladı. Daha sonra 1993-94-cü illərdə Volkswagen-də çalışarkən Passat və Golf kimi avtomobilləri ərsiyə gətirmiş, 1994-2002-ci illərdə isə Audi-də baş dizayner kimi fəaliyyət göstərərkən, Piter Audi-ni premium “dizayn brendinə’’ çevirməsində mühüm xidmətlər göstərmişdir. 2002-ci ildə yenidən Volkswagen-ə qayıtmışdır – bu dəfə baş dizayner vəzifəsinə.
2006-ci ildə Şrayer baş dizayner kimi karyerasını Kia-da davam etmişdir. Bir il sonra avtomobil dizaynı sahəsindəki nailiyyətlərinə görə na İncəsənət üzrə Kral Kolleci tərəfindən ona doktorluq dərəcəsi təqdim olunmuşdur.
Şrayerin rəhbərliyi altında Kia model sırasını tam dəyişdi və brendin yeni dizayn simasını yaratdı. Yeni dizayn strategiyasının uğuru bir sıra beynəlxalq dizayn mükafatları ilə öz təsdiqini tapıb və hal-hazırda Kia-nın satışları və brend dəyəri inanılmaz səviyyədə yüksəlib.
2013-cü ilin əvvəllərində, Piter Hyundai Motor Group-un qrupunun prezidenti və baş dizayneri təyin edildi. Şrayer artıq şirkətdə həm Hyundai, həm də Kia-nın uzunmüddətli dizayn strategiyasının formalaşdırılmasına və bu brendlərin dizayn baxımından fərqlənməsinə görə cavabdehdir.
Mənbə: avtomobil.az
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










