Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR

Bəzi avtomobil istehsalçıları eksklüziv modellərinin kimlərə satılacağına xüsusi diqqət yetirir. Bu dəfə “Toyota”nın yeni modeli üçün tətbiq edəcəyi seçim prosesi diqqət çəkib. Belə ki, avtomobili almaq istəyən şəxslərdən yalnız ödəniş imkanının olması tələb olunmayacaq.
Avtosfer.az xəbər verir ki, “Toyota” 650 at gücündə hibrid V8 mühərriklə təchiz ediləcək yeni “2027 GR GT” modelini almaq istəyən şəxsləri xüsusi seçim prosesindən keçirəcək.
Məlumata görə, potensial alıcılarla müsahibə aparılacaq, onların avtomobilə münasibəti və istifadə məqsədi qiymətləndiriləcək. Hətta bəzi hallarda alıcıların CV-lərinin yoxlanılması da nəzərdə tutulur.
Şirkət avtomobili yalnız sosial şəbəkələrdə nümayiş etdirmək məqsədilə almaq istəyən influenserlərə və yüksək qiymətə yenidən satmağı planlaşdıran şəxslərə satmayacaq.
Bildirilir ki, şirkətin sədri Akio Toyodanın göstərişinə əsasən, avtomobil real avtomobil həvəskarlarına təqdim olunacaq. Məqsəd modelin kolleksiya və ya kommersiya məqsədilə deyil, həqiqi avtomobil həvəskarları tərəfindən istifadə edilməsidir.
Bundan əlavə, “Toyota” hər bir alıcıya avtomobilin istismar müddəti boyunca xüsusi texniki dəstək də göstərəcək. Belə ki, müştərilərə 24/7 mühəndis məsləhəti və texniki dəstək verəcək “GR Meister” mütəxəssisi təyin olunacaq.
Beləliklə, 650 at gücündə “GR GT”ni almaq üçün sadəcə kifayət qədər pulun olması yetərli olmayacaq – potensial sahibin avtomobilə münasibəti də şirkət üçün əsas meyarlardan biri olacaq.
Eltac Zülfüqaroğlu
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord
Elektromobillərin hərbi obyektlərə girişinə məhdudiyyət qoyulur – SƏBƏB
Xristian dinində erkən nikahlara münasibət necədir? - AÇIQLAMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur












