Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı…

Rusiya prezidenti Vladimir Putinin qocalmanı yavaşlatmaq və insan ömrünü uzatmaq məqsədi daşıdığı iddia edilən milyardlarla dollarlıq layihəsi yenidən gündəmə gəlib. Avtosfer.az "Publika.az"a istinadən xəbər verir ki, Britaniyanın “The Sun” nəşrinin iddiasına görə, Kreml qocalma əleyhinə elmi tədqiqatlara təxminən 27 milyard dollar ayırıb. Layihələr gen terapiyası, bioçap texnologiyası, genetik modifikasiya olunmuş məhsullar və insan orqanlarının yenidən istehsalı istiqamətlərini əhatə edir. Məlumata görə, Rusiyada insan toxumalarının üçölçülü (3D) printerlər vasitəsilə istehsalı və genetik baxımdan insan orqanizmi ilə uyğun olduğu düşünülən miniatura donuzlarda insan orqanlarının yetişdirilməsi üzərində araşdırmalar aparılır. Tədqiqatların əsas məqsədinin 2030-cu ilə qədər insan orqanlarının tamamilə dəyişdirilməsinə imkan yaratmaq olduğu bildirilir.

Putinin Soçi yaxınlığında yerləşən “Sirius” Elm və Texnologiya Universitetində gen mühəndisliyi, qocalma əleyhinə texnologiyalar və bioçap üzrə gizli laboratoriyaların fəaliyyət göstərdiyi də iddia olunur. Xəbərdə həmçinin rusiyalı alimlərin qocalmaya davamlı çılpaq köstəbək siçanları, dişli balinalar və bioloji baxımdan qocalmadığı qəbul edilən ölümsüz meduza üzərində araşdırmalar apardığı qeyd edilir. Putinin antioksidant tərkibi adi çiyələklərdən 12 dəfə çox olduğu iddia edilən genetik modifikasiya olunmuş çiyələklərlə də maraqlandığı bildirilir.

İddialar arasında Putinin Sibirdəki Altay dağlarında gənc maralların qanı ilə hazırlanmış vannalara girdiyi də yer alır. “More Than Fact” kanalının iddiasına görə, Putin bu ritualın testosteronu artırdığına və ömrü uzatdığına inanır. Məlumata görə, Putinin böyük qızı Mariya Vorontsova da dövlət dəstəkli genetik tədqiqatlarda iştirak edir. Kremlin alimlərdən hüceyrə qocalmasının yavaşladılması, immun sisteminin gücləndirilməsi və koqnitiv itkilərin qarşısının alınması ilə bağlı araşdırmaları sürətləndirməyi tələb etdiyi də iddia olunur.
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












