Qazaxıstana gedənlər belə yoxlanacaq: Azərbaycan vətəndaşlarına təsiri

Qazaxıstan ölkəyə giriş üçün elektron icazə sisteminə keçidi planlaşdırır. Əcnəbilərdən səfərdən 72 saat əvvəl QazETA sistemi vasitəsi ilə onlayn qeydiyyat tələb olunur.
Bəs bu sistem necə işləyir və Azərbaycan vətəndaşlarına şamil edilirmi?
Avtosfer.az xəbər verir ki, sistem yanvarın 1-dən pilot rejimdə tətbiq edilir. ilin sonunda isə məcburi olacaq. Elektron səyahət icazəsi (Electronic Travel Authorization (ETA)) vizasız rejim olan ölkələrin vətədaşlarına şamil edildiyi üçün azərbaycanlılar da bu kateqoriyaya aiddir.
İcazə sistemində müəyyən güzəştlər də mövcuddur. Yaşı 16-dan az, 65-dən yuxarı olanlar, diplomatik və xidməti pasport sahibləri, rəsmi nümayəndə heyətinin üzvləri bu icazədən azaddır. İcazənin qüvvəsi 180 gündür.
İcazə üçün müraciət edənlər elektron sistemə pasport məlumatlarını, elektron poçt ünvanını daxil etməli, səfərin məqsədini göstərməlidir. Hələlik xidmətin rüsumu müəyyən olunmayıb.
Bununla belə, müvafiq icazənin olması hələ Qazaxıstana girişə zəmanət vermir. Son qərar sərhəddə veriləcək.
Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayevin 24 avqust tarixli sərəncamına əsasən ETA-nı Qazaxıstan DİN xüsusi xidmət orqanlarının razılığı əsasında verir.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












