Qışa hazırlıq neçəyə başa gəlir?

Soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.
Bu səbəbdən də qış aylarında avtomobil sürücüləri avtomobilləri qış rejiminə keçirməlidirlər. Lakin qış rejiminə keçid etmək müəyyən xərc tələb edir. Avtomobili qış rejiminə keçirmək sürücüyə neçəyə başa gəlir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında deyib ki, qış mövsümündə mütləq qış təkərlərindən istifadə olunmalıdır:
“Sürücülər qış mövsümündə təkər və işıq faralarını uyğun hala gətirib zəruri tədbirləri öncədən görməlidir. Avtomobillərdə qarlı havada lazım olan avadanlıqlar zəncir, dartı kəndiri və digər avadanlıqları təmin etməlidir.
Həmçinin soyuq havada və yolun məhdud göründüyü zaman, yəni təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələdirlər. Dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur. Sürücülər xüsusilə qarlı və yağıntı düşən ərazilərdə sürət həddinə diqqət etməlidirlər”.
Ekspert qeyd edib ki, qış mövsümünə hazırlıq müxtəlif qiymətə başa gələ bilər: “Qış mövsümünə hazırlıq dedikdə, əsasən avtomobillərin şinləri nəzərdə tutulur. Onların da qiyməti müxtəlif olur.
Ölkəmizdə avtomobil şinləri daha çox Çin, Türkiyə, Yaponiya, Koreya, Tayvan və Rusiyadan idxal olunur. Onlarında keyfiyyətlisinin qiyməti yüksəkdir. Ən ucuz şinin qiyməti 80 manatdan başlayır. Digərlərinin ortalama qiyməti 150 manatdan başlayaraq 1000 manata qədər yüksəlir. Belə nəticəyə gəlmək olar ki, əgərləri avtomobilinizə 4 yeni təkər alsanız və əlavə lazım olan avadanlıqlar zəncir, dartı kəndiri və s. lazım olan avadanlıqlar alındıqda, bu, sürücüyə təqribən 500 manata qədər başa gələ bilər”.
(cebhe.info)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












