Qorbaçovun ləğv etdiyi qayda Rusiyada bərpa oluna bilər - FOTOLAR

Rusiyada çıxış vizası ilə bağlı müzakirələr intensivləşir. Əgər bu məsələni ötən həftə XİN rəsmisi Mariya Zaxarova bu söz-söhbətləri Qərb mediasının uydurması adlandırmışdı. Son günlərdə isə rəsmi dairələrdə də müzakirələr intensivləşib.
Avtosfer.az xəbər verir ki, müstəqil ekspertlər də belə bir vizanın tətbiqinə real baxırlar. Ekspert Konstantin Eqqertin fikrincə, belə bir məhdudiyyətin tətbiqi ilk növbədə səfərbərlik zamanı ölkədən kütləvi qaçışın qarşısını ala bilər. Bundan əlavə, təklif olunur ki, “dost olmayan” ölkələrə yalnız qrup şəklində xüsusi xidmət orqanıl əməkdaşının müşayiəti ilə səfər etməyə razılıq verilməsi tövsiyə olunur. Bu da FSB üçün əlavə maliyyə mənbəyidir. Bundan əlavə, məhdudiyyət həm də ölkədən beyin axınının qarşısını ala bilər.
Bəs çıxış vizası nədir? SSRİ-də bu sistem 1917-ci ildən tətbiq olunub. SSRİ-dən çıxış üçün ümumvətəndaş xarici pasportu kifayət etmirdi. Əlavə olaraq partiya təşkilatının və iş yerinin rəyi, həmçinin milisdə profilaktik söhbət zəruri idi. Xaricə səfər hər adama nəsib olmurdu. Qrup halında gedənləri bir qayda olaraq KQB-nin nümayəndəsi müşayiət edirdi. Dövlət sirrinə bələd olan şəxslərin isə xaricə çıxışı ümumiyyətlə qeyri-mümkün idi. Bəs bu dövlət sirri nədən ibarət idi?
Məsələn, avtomobil zavodunda, yaxud statistika xidmətində işləyən şəxs ölkədə neçə avtomobil və ya şin istehsal edildiyini bilirsə, bu artıq dövlət sirri sayılırdı. Halbuki, bu gün belə bir məlumatı sirr hesab etmək gülüş doğurar.
Bu lüzumsuz qayda 1991-ci ilin mayında, SSRİ-nin süqutundan bir neçə ay əvvəl ləğv olundu. Lakin, 1992-ci ildə bu qaydanı Özbəkistan və Türkmənistan yenidən müvəqqəti bərpa etdi.
Vüqar Yaşaroğlu


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












