Regionlarda ictimai nəqliyyatın vəziyyəti necədir?

“İctimai nəqliyyat inklüziv, yəni hər kəsə əlçatan olmalıdır”.
Bu fikirləri açıqlamasında regionlardakı ictimai nəqliyyatın vəziyyəti və onu inkişaf etdirməyin yolları barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, ümumi olaraq ictimai nəqliyyat istənilən səviyyədə deyil.
“Bunu paytaxt və regonlardakı vəziyyətlə müqayisə etsək, bölgələrdə, ümumiyyətlə, vəziyyət bərbaddır. Ən böyük şəhərlərimizdə – Gəncə, Mingəçevir, Yevlax, Lənkəran, Şəki, qismən Naxçıvanda normal saymaq olar, amma digərlərində nəqliyyat istənilən səviyyədə deyil. Avtopark ya köhnədir, ya da baryerlidir. Ümumi dünya trendləri odur ki, ictimai nəqliyyat inklüziv, yəni hər kəsə əlçatan olmalıdır. Aşağı gövdəli olmalı, səkilər buna uyğun, məsələn, avtobusun daha rahat yan alması üçün anti-ciblər qurulmalıdır. Dünyada da bu təcrübə mövcuddur. Bu növ həllər şəhərlərimizdə hələ ki, müşahidə olunmur”, – deyə o əlavə edib.
R.Ağamirzəyev qeyd edib ki, böyük şəhərlərdə əhali 100 mindən artıqdırsa, digər alternativlər də (relsli nəqliyyat), tramvay da olmalıdır.
“Bir neçə il bundan öncə Gəncə şəhərində tramvayın bərpası barədə təklif səslənmişdi, lakin sonradan layihə olaraq qaldı. Vaxtilə şəhərlərimizdə tramvay-troleybus şəbəkəsi olub, lakin sonradan ləğv edilib.
Düşünürəm ki, ekoloji cəhətdən təmiz olan növləri bərpa etməliyik. Biz ictimai nəqliyyatın ilkin olaraq, avtobus seqmenti üzrə gətirilsə, təkcə paytaxta deyil, bütün regionlara paylanmalıdır. Bütün böyük şəhərlərimizdə bu növ yenilik olmalıdır. Bu da həmçinin regionların inkişafına birbaşa olaraq öz təsirini göstərir.
Bu gün post-pandemiya dövrünün 5-ci ilindəyik və artıq məsafədən biznesin idarə edilməsi məsələsi gündəmdədir. Fiziki olaraq, şəhərdə olmaya bilərsən, amma öz biznesini kənardabn idarə etməyi bacarmalısan. Bunun üçün də yüksək sürətli internet, həmin şəhərdə ictimai iaşə obyektləri, ictimai nəqliyyatın funksionallığı təmin olunmalıdır ki, yaşadığınız şəhərdə həm rahat yaşaya, həm də rahat hərəkət edə biləsiniz. Bu, turistlər üçün də daha rahat hərəkəti və şəhər iqtisadiyyatında ictimai nəqliyyatın keyfiyyətli olması, birbaşa şəhər iqtisadiyyatına müsbət təsir edən elementlərdəndir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
(yenicag)
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA











